“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin xidmət masası fəaliyyət göstərir
19.01.2023 11:08

“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir.

 

Aztibb.az Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sahibkarlar aşağıdakı xidmətlər üçün Səhiyyə Nazirliyinin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər:

 

- dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;
- dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin verilməsi;
- gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi;
- üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə verilməsi;
- özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə DIN-dən razılıq məktubunun alınması üçün xüsusi rəyin verilməsi;
- əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəyin verilməsi;
- dərman vasitələri haqqında məlumatın verilməsi.

 

Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır