Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
19.01.2023 10:49

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə müəssisənin direktoru Ceyhun Əhmədov çıxış edərək 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər.

 

Ceyhun Əhmədov çıxışında 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını, hər zaman yaddaşlarda qalacağını, bu günün təkcə hüzn günü kimi deyil, xalqımızın qəhrəmanlıq tarixi oluğunu qeyd edib.

 

Daha sonra Qəbələ RMX-nın həkim oftalmoloqu Səbinə Məmmədova çıxış edərək 20 Yanvar hadisəsinin Azərbaycanın tarixində dəhşətli və faciəli səhifə kimi daxil olduğunu deyərək bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin danılmaz olduğunu vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır