Sumqayıt Tibb Mərkəzi 100-dən çox şəhid və qazi ailəsini işlə təmin edib
19.01.2023 09:34

Sumqayıt Tibb Mərkəzinin qazi və şəhid ailələrinin üzvlərinə göstərdiyi diqqətin ən əsası onların işlə təmin olunmasıdır. 

 

STM-in İctimaiyyətlə əlaqələr bölməsindən Aztibb.az-a verilən məlumata görə, 2022-ci il ərzində bu kateqoriyadan olan 100 nəfərdən çox şəxs Mərkəz tərəfindən işlə təmin olunub.

 

Sumqayıt Tibb Mərkəzi ümumi olaraq ötən il ərzində 2474 şəhid ailəsi, qazi və müharibə iştirakçılarına tibbi xidmət göstərib, tibb müəssisələrinə 533 nəfər stasionar müalıcəyə göndərilib, 198 nəfər cərrahi əməliyyat olunub.

 

Onlardan 103 nəfər qazi və müharibə iştirakçılarını bel-oma və diz oynaqlarının icbari tibbi sığorta xətti ilə özəl və dövlət tibb müəssisələrində əməliyyatları təşkil edilib. 309 nəfərə KT və MRT müayinələri aparılıb, 30 nəfər böyrək əməliyyatı, 4 nəfər göz əməliyyatı, 2 ginekoloji əməliyyat, 21 nəfərdə ürəyin angioqrafiya müayinəsi olub, 120 nəfər Bakı şəhər Tibbi Reablitasiya Mərkəzinə müalicəyə göndərilib.

 

Bununla yanaşı, 222 nəfər müxtəlif tibbi xidmət göstərilib.
400-dən çox qazi və şəhid ailələrinə psixoloji yardım üçün psixoloqların müalicəsinə cəlb olunublar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır