“Yeni klinika”da ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub
18.01.2023 17:18
Bu gün “Yeni klinika” tibb müəssisəsində Heydər Əliyev ilinə həsr olunan tədbir keçirilib.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tibb müəssisənin rəhbər, tibbi və qeyri-tibbi heyəti iştirak edib.
 
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi baş tutub. Büstün qarşısına gül çələngi qoyan qonaqlar daha sonra ulu öndərin həyat və siyasi yaradıcılığına, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olub.
 
Açılış nitqi ilə çıxış edən “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev ümummilli liderin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, səhiyyə sahəsində göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
 
Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən baş həkim YAP sıralarına qoşulanların sayının durmadan artdığını bildirib.
 
Sonda Cavid Paşayev partiya sıralarına qoşulan əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ulu öndər Heydər Əliyevin cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində inkişaf etdirərək ümumxalq partiyasına çevirdiyini qeyd edib.
 
“Yeni klinika” tibb müəssisəsinin Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Heydər Əliyevin zəngin həyat yolu və siyasi yaradıcılığından bəhs edib, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini bildirib.
 
Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan qısa film nümayiş etdirilib.
 
Sonda “Yeni klinika” tibb müəssisəsində fəaliyyət göstərən 42 əməkdaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır