“Yeni klinika”da icbari tibbi sığorta çərçivəsində daha bir uğurlu əməliyyat icra olunub
20.01.2023 10:29
“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində torakoabdominal üsulla “İvor-Lewis” proseduru həyata keçirilib.
 
Bu barədə Aztibb.az-a “Yeni klinika”-dan məlumat verilib.
 
Bildirilib ki, üst GİS qanaması ilə müraciət edən pasiyentin endoskopik müayinəsində qida borusunun aşağı hissəsində qanayan lezyon müşahidə edilib. Qida borusunda şiş aşkar edilən xəstə təcili hazırlanaraq əməliyyata alınıb. Əməliyyat böyük bir cərrahi komanda ilə torakolaparoskopik üsulla (“İvor-Lewis” proseduru) icra olunub.
 
Əməliyyatın abdominal (qarın boşluğu) hissəsi uzman həkimlər Alim Əkbərov və Elçin Əlizadə tərəfindən, toraks (döş qəfəsi) hissəsi isə uzman həkim Elmar Məmmədov və Ramil Kərimov tərəfindən icra olunub.