Professor Mücahit Avcil: "2023-cü ildən Tədris Cərrahiyyə Klinikasında Pediatriya poliklinikası, İnsult mərkəzi və Yara baxım mərkəzi fəaliyyət göstərəcək"
18.01.2023 15:11
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası (TCK) bu ildən yeni xidmətlər göstərəcək.
 
Aztibb.az xəbər verir ki, bunu klinikanın direktoru, professor Mücahit Avcil 2022-ci ilin yekunları və cari ildə görüləcək işlərə həsr olunmuş iclasda bildirib.
 
Klinikanın rəhbərliyi və həkim heyətinin iştirak etdiyi toplantıda qeyd olunub ki, pandemiya və Vətən müharibəsi dövründə TCK nəcib bir vəzifəni boynuna götürərək, çoxlu sayda xəstə və yaralını sağlamlığına qovuşdurub. Klinika hazırda gərgin rejimdən çıxaraq, normal fəaliyyətini davam etdirir. Cərrahiyyə əməliyyatları tibb müəssisəsinin təcrübəli həkim və tədris heyəti tərəfindən həyata keçirilir.
 
Direktor çıxışında onu da vurğulayıb ki, 2023-cü ildən klinikada daha müasir avadanlıqlarla təchiz olunacaq, Pediatriya poliklinikası, İnsult mərkəzi, eləcə də Yara baxım mərkəzi (Ən müxtəlif zədələri cərrahlar, terapevtlər, dermatoloqlar və travmatoloqlar birlikdə dəyərləndirəcək. Nəticədə, həm diaqnoz düzgün qoyulacaq, həm də zaman itkisinə yol verilməyəcək) fəaliyyət göstərəcək. Eləcə də pasiyentlərin məmnunluğunun artırılması məqsədilə onlara pulsuz «wi-fi»la təmin olunacaq xüsusi mərtəbə ayrılacaq, qeydiyyat və klinika nəzdindəki təhlil və radiologiya prosedurları asanlaşdırılaraq "istifadəçi dostu" (user friendly) keyfiyyəti təmin ediləcək.
 
Bildirilib ki, klinikanın “check up” və “genetik check up” xidmətlərindən yararlanmaq da asanlaşacaq. Eyni zamanda, laboratoriya xidmətləri gücləndiriləcək, genetik testlərin çeşidi çoxaldılacaq. Yenidən təşkil olunacaq müasir təcili tibbi yardım xidməti sutkada 24 saat fəaliyyət göstərəcək.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib