Kimyaçı alim Hafiz Əlimərdanlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
18.01.2023 12:51

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda istedadlı şair, tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbir institutun baş direktoru, akademik Vaqif Abbasovun rəhbərliyi, Azərbaycan Respublikasının ilk insan hüquqları üzrə müvəkkili, professor, ictimai xadim Elmira Süleymanovanın, yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azərinin, müəssisənin laboratoriya müdirləri və əməkdaşlarının iştirakı ilə baş tutub.

 

Tədbirdə akademik Vaqif Abbasov görkəmli alim haqqında çıxış edib, H.Əlimərdanlının kimya elminə verdiyi dəyərli töhfələrdən, eyni zamanda yaradıcılıq fəaliyyətinin uğurlarından, yazdığı əsərlərin əhəmiyyətindən danışıb.

 

Daha sonra E.Süleymanova alimin keşməkeşli və uğurlarla zəngin həyat yolu, qazandığı nailiyyətlər barədə çıxış edib.

 

Sonda Azərbaycan Yazıçılar Birliyinin alimin 75 illiyinə həsr olunmuş rəsmi məktubu tanınmış yazıçı-publisist Əli bəy Azəri tərəfindən H.Əlimərdanlıya təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama