ATU-nun nümayəndə heyəti Pakistanda səfərdə olub
18.01.2023 12:18

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və Elmi hissənin Elm və tibbi tədqiqatlar üzrə koordinatoru Sevil Əsədova Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) qonağı olublar. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, nümayəndə heyətinin üzvləri RBU-nun 17-ci Məzun Günündə fəxri qonaq qismində iştirak ediblər.

 

Sonra nümayəndə heyəti ATU və RBU-nun bu ilin oktyabr ayında Bakıda birgə təşkil edəcəkləri “Tibb təhsili üzrə Beynəlxalq Konfrans”ın (ICME) təşkilati məsələlərini müzakirə etmək üçün tərəfdaş universitetin müvafiq səlahiyyətli şəxsləri ilə görüşüb.

 

Görüşdə RBU İslam Beynəlxalq Tibb Kollecinin direktoru, general-leytenant, professor Azhar Rashid, prorektor müavini, professor Yavər Hayat Khan, Riphah Tədqiqat və Təhsil Akademiyasının (RARE) direktoru, professor Rahila Yasmeen, Riphah Qiymətləndirmə İnstitutunun direktoru, professor Rehan Ahmed Khan və digər şəxslər iştirak ediblər. 

 

Daha sonra nümayəndə heyəti İslam Beynəlxalq Tibb Kollecinin tədris korpusunda nəzəri kafedralarda tədrisin təşkili prosesi ilə tanış olub və keçirilən imtahanların gedişatını izləyib.

 

ATU nümayəndələri Pakistana səfərlə bağlı RBU-nun bütün ölkədə yayımlanan "Riphah Radio FM 102.2" radiostansiyasına müsahibə də veriblər. Müsahibə, eyni zamanda “Facebook”da canlı yayımlanıb. 

 

Daha sonra ATU əməkdaşları Riphah Beynəlxalq Universitetinin rektoru Hassan Muhammad Khan ilə görüşüblər. Dosent Rauf Bəylərov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və RBU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Görüşdə iki universitet arasındakı ikitərəfli əməkdaşlıq perspektivləri, planlaşdırılan beynəlxalq konfransa dair fikir mübadiləsi aparılıb. 

 

ATU nümayəndələri, həmçinin səfər çərçivəsində Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovla görüşüb. Görüşdə iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrin vəziyyəti, ATU ilə Pakistanın ali təhsil müəssisələrinin gələcək əməkdaşlıq planları müzakirə edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib