Mərkəzi Gömrük Hospitalının təcrübəli və yüksəkixtisaslı həkim nevroloqu Lalə İbrahimova - "Həkimlərimizi tanıyaq"
18.01.2023 09:10
Aztibb.az “Həkimlərimizi tanıyaq!” rubrikasında hər bir xəstəyə individual yanaşan Mərkəzi Gömrük Hospitalının təcrübəli və yüksəkixtisaslı həkim nevroloqu Lalə İbrahimovanı təqdim edir:
 
L. İbrahimova Mərkəzi Gömrük Hospitalında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə, diaqnostika və müalicəsi, triqqer nöqtələrinin terapiyası - Elektrokupunktura və elektroakapunktura, Elektroneyroqrafiya və iynəli elektromioqrafiya müalicələrini həyata keçirir.
 
O, 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə internatura keçmişdir. O, 2005-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində nevroloq kimi çalışıb. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq kimi fəaliyyət göstərir.
 
Lalə İbrahimova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2014-cü ildə “Podiatriya və Pəncənin «FormThotics» sistemi vasitəsi ilə içliklərin hazırlanması” üzrə təlim, 2014-cü ildə Gürcüstanın Tbilisi Nevrologiya İnstitutunda “Sinir-əzələ xəstəlikləri və elektroneyromiyoqrafiya müayinəsi” üzrə kurs, 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində Akademik B.N.Komançevin rəhbərliyi altında “Körpələrdə mərkəzi və periferik sinir sisteminin prenatal və natal zədələnmələrinin qlobal Elektromioqrafiya vasitəsi ilə erkən diaqnostikası” kursu, 2016-cı ildə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq trigger nöqtələrinin terapiyası” (Türkiyə-ABŞ) təlimi, 2017-ci ildə Rusiyanın Moskva şəhərində “Tibbi kinezio teyp və kross teyp” kursu, 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində Elektroson, transkranial elektroanalgeziya, transkranial elektrostimulyasiya, mezodiensefal modulyasiya, mikropolyarizasiya kursu və 2018-ci ildə idman sahəsi üzrə nutrisioloq və dietoloq mövzularında beynəlxalq dərəcəli kurslar keçmişdir.
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/lala-ibrahimova.
 
L. İbrahimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama