Zədələnmiş beynin süni toxuma ilə müalicəsi - Tibb tarixində İLK
17.01.2023 16:53

 

ABŞ-ın Kaliforniya Universitetinin professoru Duygu Kuzum və komandası insan dərisindən kök hüceyrələrlə beyin orqanoidləri istehsal edərək onları siçanlara köçürməyə müvəffəq olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, tibb tarixində ilk olan bu transplantasiya nevroloji xəstəliklər və travmatik beyin zədələrinin müalicəsində əhəmiyyətli kəşfdir.

 

Türk alimin son araşdırmasına qədər beyin orqanoidlərinin zədələnmiş nahiyəyə cərrahi yolla yerləşdirildikdə beynin qalan hissəsi ilə inteqrasiya edib, beynin digər sağlam hissələri kimi fəaliyyət göstərib-göstərməyəcəyi məlum deyildi.

 

Son tədqiqat ilk dəfə sübut edir ki, siçana implantasiya edilmiş insan beyninin orqanoidləri struktur və funksional olaraq siçan beyninin qalan hissəsi ilə inteqrasiya olunur.

 

Prof. D.Kuzum, bildirib ki, bu texnologiya ilə zədələnmiş beyin bölgələrinin funksiyaları üçün tibbi protezlər hazırlana bilər:

"Hətta gələcəkdə elektron beyin orqanoidlərini proqramlaşdırmaqla vizual xatirələri qeyd etmək də mümkün ola bilər. Bu, yaddaşa təsir edən bir çox nevroloji xəstəliklərin müalicəsi üçün ümid doğuracaq".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama