Dünyada İLK - ABŞ bal arısı peyvəndinin istifadəsinə icazə verib
17.01.2023 12:40

ABŞ bal arıları üçün dünyada ilk peyvəndin istifadəsinə icazə verib.

 
Aztibb.az www.vesti.ru-ya istinadla xəbər verir ki, bu peyvənd arı sürfələrini hədəf alaraq onların çoxalmasını əngəlləyən bakteriyalara qarşı icad edilib. 
 

Peyvənd üzərində işləyən biotexnologiya şirkəti Dalan Animal Health ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən vaksin üçün şərti lisenziya aldığını açıqlayıb.

 

O, bu peyvəndin bal arılarını qorumaq üçün effektiv üsul olacağını bildirib. Qeyd edib ki, peyvənd bakteriyaların qeyri-aktiv versiyasını özündə birləşdirən gel maddənin ana arıya yeridilərək sürfələrinin bakteriyalara qarşı immunitet qazanmasını təmin edir.

 

USDA-nın məlumatına görə, ölkədə bal arılarının sayı 2006-cı ildən bəri azalmaqdadır. Bunun səbəbləri kimi parazitlər, xəstəliklər və bal arılarının ana arılardan ayrılması göstərilir. Yeni peyvənd dişi arıların yumurtalarına keçərək bala arılara çatır və onların bakteriyadan ölmək riskini azaldır.
 
Şirkət bu il peyvəndin satışına başlayacaq.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama