Kəskin respirator infeksiyadan necə qorunmalı? - Həkim-infeksionist AÇIQLADI
17.01.2023 09:41
Hazırda qış fəsli ilə əlaqədar olaraq şəhərimizdə böyüklər və uşaqlar arasında yuxarı tənəffüs yollarının infeksiyalarında artım müşahidə edilir. Bu xəstəliklər içərisində mövsümi qrip-influenza üstünlük təşkil edir.
Aztibb.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının həkim-infeksionisti Səkinə Həsənlinin sözlərinə görə, influenza viruslar tərəfindən törədilən kəskin respirator infeksiyadır: “Xəstəlik özünü yüksək hərarət, əsasən quru öskürək, baş, oynaq və əzələ ağrısı, zökəm, boğaz agrısi kimi əlamətlərlə biruzə verir. Bir çox insanlarda xəstəlik 1 həftə ərzində öz-özünə sağalır”.
S.Həsənli bəzi risk qruplarında məsələn, hamilə qadınlarda, 5 yaşa qədər uşaqlarda, yaşlı şəxslərdə, HİV daşıyıcılarında xəstəliyin ağır gedişli ola biləcəyini istisna etmir: “Xəstəlik hava-damcı yolu ilə yayıldığı üçün əhalinin sıx toplaşdığı yerlərdə, təhsil müəssisələrində daha tez yayılır.
Həkim-infeksionist kəskin respirator infeksiyalardan qorunmaq yollarını da göstərib: “İnfeksiyanın yayılmasının qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi yumaq, tibbi maskadan istifadə etmək lazımdır. Xəstə şəxslər özlərini mümkün qədər izolyasiya etməlidirlər. Profilaktikada ən effektiv üsul vaksinasiyadır. İmmunitet davamlı olmadığı üçün vaksinasiya hər il aparılmalıdır. Xəstəliyin fəsadlaşmaması üçün yuxarıda sadalanan risk qruplarının vaksinasiyası tövsiyə olunur”.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

