Varikozun ən müasir müalicə üsulu - Endovenoz Lazer Ablasiya
16.01.2023 16:21
Varikoz genişlənmiş damarlardan asanlıqla qurtula və dərhal normal həyatınıza davam edə bilərsiniz. Bu, varikoz damar əməliyyatları içərisində ən müasir və təhlükəsiz üsul olan minimal invaziv Endovenoz Lazer Ablasiya üsulu ilə mümkündür.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Uzman həkim bildirib ki, prosedur zamanı lazerin verdiyi istilik enerjisi genişlənmiş damarın divarlarını bir-birinə yapışdırır. Qan dövranı bu damarda dayandırılır, qan dövranı başqa damar vasitəsilə bərpa olunur. Daxili səthi məhv edilmiş damar bədən tərəfindən tədricən kiçilir və aylar ərzində məhv olur.
 
C.Gülmalıyev Lazer Ablasiya müalicəsinin üstünlüklərini də sadalayıb:
 
Minimal invaziv və təhlükəsiz müalicə metodudur;
Ümumi anesteziya tələb etmir, prosedur ağrısızdır;
Prosedurdan dərhal sonra pasiyent evə yazıla bilir;
Dəridə yara izləri, görünən qüsurlar olmur;
Lazer radiasiyası yalnız patoloji damara təsir göstərir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama