Yüksəkixtisaslı pediatr-neonatoloq Aygün Sadıxova - Peşəkar həkimlərimizi tanıyaq!
16.01.2023 11:20

“Həkimlərimizi tanıyaq!” rubrikamızda oxuculara Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı pediatr-neonatoloqu Aygün Sadıxovanı təqdim edirik.

 

Aygün həkim 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura keçib.

 

O, əmək fəaliyyətinə 2002-ci ildə başlayıb və 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq vəzifəsində çalışıb. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərir.

 

Həkim Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya və otolarinqologiya ilə bağlı xəstəliklərin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.

 

Aygün Sadıxova mütəmadi olaraq beynəlxalq konfrans, seminar və elmi-praktik konfranslarda iştirak edir. O, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda iştirak edib.    

 

Yüksəkixtisaslı pediatr-neonatoloq barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aygun-sadixova/

 

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama