Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Egey Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
16.01.2023 10:14

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Səadət Xudaverdiyeva Türkiyənin Egey Universitetində elmi ezamiyyətdə olublar.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, səfər zamanı əməkdaşlar institutun laboratoriyaları, buradakı cihaz və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olublar. Eyni zamanda, Fənn fakültəsinin dekanı, prof., Dinçer Ayaz və hər iki institutun əməkdaşlarının iştirakı ilə gələcək əməkdaşlıq imkanları, ikitərəfli elmi tədqiqat layihələrinin hazırlanması, təcrübə mübadiləsinin aparılması məqsədilə onlayn toplantı keçirilib.

 

Toplantıda MBBİ ilə Egey Universiteti arasında əməkdaşlıq protokolunun ilkin variantının hazırlanması, uyğun elmi tədqiqat sahələri üzrə işçi qruplarının yaradılması kimi məsələlər geniş müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır