Orqanik qidaların sağlamlığa təsiri
21.01.2023 09:04
Son illərdəki şəhərləşmə-insanların aktiv və ya passiv şəkildə şəhərə köçməsi bilavasitə onların sağlamlıqlarına təsir edir. Orqanizmin metabolizm göstəriciləri, xüsusilə rayon əhalisində daha idealkən şəhərə köçmüş insanlarda ilkin olaraq fiziki aktivlik göstəriciləri əhəmiyyətli dərəcədə azalır. Oturaq həyat tərzi də bunun üzərinə gəldiyi zaman həm qan dövranı göstəriciləri, həm də şəkər, yağ və zülal mübadiləsinin əhəmiyyətli dərəcədə dəyişiklik müşahidə olunur. Fiziki aktivliyin cinsi hormonlara müsbət təsir etməsi də bilinməlidir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.
 
Həkimin sözlərinə görə, qidalara gəldikdə isə şəhər əhalisinin orqanik (gübrəsiz, süni yetişdirilməmiş) qida tapma ehtimalı yox səviyyəsinə yaxındır. Qeyri-orqanik qidaların isə daha çox kalorili, qlikemik indeksi daha yüksək, daha vitaminsiz, tərkibindəki lifli hissədən məhrum olduğu bilinir. İnkişaf etmiş ölkələrdə bu problem daha çox qabardığına görə insanların davamlı surətdə qida əlavələri istifadə etmələri müşahidə olunur. Alış-verişin böyük marketlərdən, ordan isə yalnız qeyri-orqanik (süni-yetişdirilmiş) qidalar əldə olunma ehtimalı hər kəsə bəllidir. Urbanizasiya-şəhərləşmənin qidalanmamıza təsir etməsinin digər faktoru gündəlik istifadəmizdə yarımfabrikat qidaların girməsidir. Rayon əhalisinin əldə etmə ehtimalı daha az olan qidalar (yarımemala uğramış qidalar, çipslər, enerji içkiləri və s) şəhərləşməyə uğradıqdan sonra daha daimi xarakter ala bilir.
 
Endokrinoloq bildirib ki, inkişaf etmiş, daha dərin urbanizasiyaya uğramış ölkələrdə insanlar şəhər mərkəzində işləsələr də, yaşayış yerləri şəhər mərkəzindən kilometrlərcə uzaq həyət evləri olması xüsusilə diqqəti çəkir ki (məsələn, ABŞ), bu da sağlamlığımız üçün tövsiyyə olunan haldır. Şəhər əhalisinin eyni zamanda daha çox stresə məruz qalması inkarolunmaz faktlardandır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib