“Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib
15.01.2023 08:22
Dövlət Gömrük Komitəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Tədbir Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsi, Tibbi Xidmət İdarəsi və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
 
Aztibb.az xəbər verir ki, açılışda Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Vüqar Əsgərov çıxış edərək bildirib ki, sözügedən tədbirin il ərzində DGK ilə yanaşı, ərazi ixtisaslaşdırılmış gömrük idarələrində də keçirilməsi nəzərdə tutulur. Vüqar Əsgərov narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin əhəmiyyətindən danışıb, tədbirin gömrükçülərin maarifləndirilməsində və peşə biliklərinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
 
Tədbirdə narkotik vasitələr və psixotrop maddələrin istifadəsi, cəmiyyətdə,həmçinin insan sağlamlığında yaratdığı problemlərlə bağlı da geniş məlumat verilib. Daha sonra tədbir “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” , “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”, “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla davam edib.
 
Tədbir çərçivəsində gömrükçülər yeni növ sintetik narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və saxta dərmanların yaratdığı təhlükələr haqqında yeni məlumatlar əldə ediblər. Sonda gömrük əməkdaşlarını maraqlandıran suallar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ətraflı cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır