Hansı hallarda loqopedə müraciət etmək lazımdır?
15.01.2023 09:27

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış və psixoloji vəziyyətdə geriləmələr formasında göstərir. Əgər uşağın nitqi yaşına uyğun inkişaf etmirsə, uşaq 2 yaşına çatıb cümlə qura bilmirsə bu zaman loqopedə müraciət vacibdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında defektologiya ixtisası üzrə çalışan gənc və təcrübəli defektoloq-loqoped Nüşabə Allahverdiyeva məlumat verib.

 

Həkim bildirib ki, loqopedə müraciət etməzdən əvvəl nevropatoloqa, cərraha, otolorinqoloqa müraciət etmək məsləhətdir.

 

Onun sözlərinə görə, nitq inkişafının ləngiməsinə artikulyasiya aparatında olan pozuntular, udma, çeynəmə, qurdağızlıq, adenomalar, dovşandodaqlıq, nevroloji problemlər səbəb olur. Nitq qüsurlarının korreksiyasında tətbiq olunan ən effektli prosedurlardan biri də loqopedik masajdır.

 

N.Allahverdiyeva qeyd edib ki, Hipo, Hipertonuslu əzələlər, işləmə, udma, sorma, çeynəmə, ağız suyu ifrazı, gərgin sərt dil və dil kökü, nəfəs və s. problemlər loqopedin diaqnozlar siyahısına daxildir.

 

Nitq inkişafı gecikən və ümumiyyətlə nitq inkişafı olmayan uşaqlarla, həmçinin öyrənmə və oxuma çətinliyi olan uşaqlarla, autizmli uşaqların nitqinin korreksiyasıyası ilə professional məşğul olan Nüşabə Allahverdiyeva uşaqlarda mövcud olan nitq pozuntularını vaxtında aşkarlamağı və korreksiya etməyin vacibliyibi vurğulayıb. O, vaxtında aşkarlanmayan və müdaxilə edilməyən ağır pozuntuların gələcəkdə uşağın inkişafına və təhsilinə əngəl törədəcəyini bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama