"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Oftalmoloq Kəmalə Abasova 
15.01.2023 09:15
"Həkimlərimizi tanıyaq!" rubrikamızda Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsinin həkim-oftalmoloqu Kəmalə Abasova haqqında məlumatları diqqətə çatdırırıq.
 
Kəmalə Abasova 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2003-2004-cü illərdə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçib.
 
O, 2003-2006-cı illərdə 5 nömrəli uşaq poliklinikasında, 2006-2021-ci illərdə 3 nömrəli uşaq poliklinikasında oftalmoloq vəzifəsində çalışıb. 2021-ci ildən 1 saylı şəhər xəstəxanasının Poliklinika şöbəsində həkim-oftalmoloq kimi fəaliyyətini davam etdirir.
 
Həkim 2011-ci ildə Türkiyə Respublikasının Çukurova Universitetində oftalmologiya üzrə kurs keçib.
 
Kəmalə Abasova Türkiyə Oftalmoloqlar Cəmiyyətinin üzvüdür.