Tənəffüs infeksiyalarından necə qorunaq?
13.01.2023 14:51
Qlobal pandemiyaya çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə, onun simptomları, yayılması, individual müdafiə üsulları, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər dünya mediasının gündəmini zəbt edib. Həkim və mütəxəssislər bu virusdan qorunmağın yolları haqqında mütəmadi tövsiyələr verirlər. Bu, maarifləndirici əhəmiyyətə malik olmaqla yanaşı, profilaktik xarakter də daşıyır.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov tənəffüs infeksiyaları ilə yoluxma hallarının spesifikası və xarakteristikasından bəhs edib. Koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə taktikasından danışan R.Bayramov üç istiqaməti diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk istiqamət infeksiya mənbəyinə qarşı mübarizə tədbirlərini özündə ehtiva edir: "Müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicəsi vacibdir. Paralel olaraq infeksiya ocağı dezinfeksiya olunmalıdır".

 

Şəxsi gigiyena qaydalarına ciddi əməl etməyin, qoruyucu maskalardan istifadənin zəruriliyinə toxunan həkim, bunların infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlər sırasında yer aldığını vurğulayıb.

 

Tənəffüs infeksiyaları ilə mübarizədə üçüncü istiqaməti yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə konkret tədbirlər görülməsi təşkil edir. Tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmağın asan olmadığını söyləyən kafedra müdiri “yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar, xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu kontekstdə orqanizmin immun statusunun rolu böyükdür”, - deyə bildirib.

 

Mütəxəssis immun sisteminin normal olmasına bir sıra amillərin təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, ilk növbədə balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, normal gün rejimi, yetərli səviyyədə yuxu da vacibdir. Bunlarla yanaşı, idmanla məşğul olmaq, təmiz hava qəbulu, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq lazımdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev