Uşaqlıq boynu xərçəngindən qorunmaq üçün HPV peyvəndinin 9-cu versiyası Türkiyədə bazara çıxarılıb
15.01.2023 12:21

Ankara Etlik Şəhər Xəstəxanası Qadın Xəstəlikləri Onkoloji Klinikasının dosenti Vakkas Qorxmaz qadınlarda ən çox rast gəlinən xərçəng növlərindən biri olan uşaqlıq boynu xərçənginin dünyada 4-cü, Türkiyədə isə 9-cu yerdə olduğunu bildirib. Qeyd edib ki, xəstəliklə bağlı ən mühüm yenilik HPV peyvəndinin 9-cu versiyasının yanvar ayından etibarən Türkiyədə bazara çıxarılmasıdır.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla məlumat verir.

 

Vakkaş Qorxmaz yanvar ayının “Uşaqlıq Boynu Xərçəngi ilə Mübarizə Ayı” olduğunu xatırladaraq xəstəliyin əlamətlərinin anormal vaginal qanaxma olduğunu deyib. O, bütün xərçənglərdə olduğu kimi diaqnozun mərhələsinə görə müalicə prosesinin dəyişdiyini söyləyib.

 

Xərçəng növünün cinsi yolla keçən HPV virusundan qaynaqlandığını qeyd edən V.Qorxmaz bildirib ki, bu xəstəlikdən qorunmaq üçün nizamlı cinsi həyat vacibdir. Eyni zamanda, HPV virusu insanda öz-özünə təmizlənə bilən virusdur, qadınların bədənində qaldıqda isə xərçəngə səbəb ola bilir.

 

O, dünyada uşaqlıq boynu xərçənginə səbəb olan HPV virusuna qarşı peyvəndin olduğunu deyərək, Türkiyədə də bu aydan etibarən HPV peyvəndinin 9-cu variantının satışa çıxarıldığını diqqətə çatdırıb: "Peyvənd olunmaq istəyən pasiyentlərimiz bu peyvəndi asanlıqla ala bilərlər. HPV peyvəndi, tərkibindəki növlərə qarşı qoruyucu təsirə malik olduğu tam sübut edilmiş bir peyvənddir. Bu peyvənd 9 yaşından etibarən oğlan və qızlara vurula bilər. 15 yaşa qədər iki dozada tətbiq oluna bilər. Peyvəndin 15 yaşından sonra xüsusilə immun sistemi zəif olan qadınlara 3 dozada tətbiq edilməsini tövsiyə edirik. 2 doza tətbiq olunacaqsa, aralarında ən azı 6 aylıq bir müddət buraxmaq vacibdir".

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama