Mərkəzi Gömrük Hospitalının laboratoriyası növbəti beynəlxalq sertifikatını alıb
02.10.2020 17:05

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə növbəti beynəlxalq sertifikatını alıb.

 

Aztibb.az xəbər verir ki, ISO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən bu ilin iyul ayında Tibbi laboratoriyanın ISO 15189:2012 standartına uyğun mövcud olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun təşkil edilməsi audit edilmiş və müvəffəqiyyətlə başa çatmışdır. Audit nəticələrinə görə Laboratoriyada keyfiyyətli xidmət göstərilməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartlarına tam uyğun olması təsdiq edilmişdir.


Bu gün İngiltərənin AB-CAB təşkilatın rəhbəri cənab W.B. Huber tərəfindən təsdiqlənmiş ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatı Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasına daxil olub.

 

2020-2021-ci illər üçün verilən ISO 15189:2012 sertifikatı Laboratoriyanın tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

 

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır