Araşdırma: Olduğunuzdan daha yaşlı görünmək xəstəlik əlaməti ola bilər
14.01.2023 15:35

Hollandiyanın Rotterdam şəhərindəki Erasmus Universiteti Tibb Mərkəzinin apardığı araşdırmaya görə, mütəxəssislər izah ediblər ki, yaşıdlarından yaşlı görünənlərin osteoporoz, eşitmə itkisi və katarakt kimi yaşa bağlı xəstəliklərə tutulma riski daha yüksəkdir.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Daily Mail-in hesabatına görə, elm adamları yalnız üz fotolarına əsaslanaraq 50-90 yaş arası 2700-ə yaxın insanın yaşını hesablayıb və hər hansı tendensiyaları aşkar etməyə çalışmaq üçün onlardan xəstəlikləri barədə soruşublar.

 

Nəticədə faktiki yaşından beş yaş kiçik görünən iştirakçıların daha yaxşı düşünmə qabiliyyətinə malik olduqları ortaya çıxıb. Onların katarakt kimi xəstəliklərdən əziyyət çəkmə ehtimalı isə az olub.

 

Təqdqiqat barədə "British Journal of Dermatology"də məqalə dərc olunub.

 

Professor Tamar Nijsten bildirib ki, tədqiqat zamanı gənc görünmə ilə yaşa bağlı müxtəlif sağlamlıq problemləri arasındakı əlaqəni xüsusi araşdırdıq və gənc görünüşün daha aşağı sistemli qocalma ölçüləri ilə əlaqəli olduğunu gördük: "Əgər siz olduğunuzdan daha gənc görünsəniz, orqanlarınızın, bədəninizin və zehninizin sağlamlığı çox güman ki, bunu əks etdirəcək. Araşdırmamız açıq şəkildə göstərir ki, genetika ultrabənövşəyi şüalara məruz qalma və ya siqaret kimi adi həyat tərzi faktorlarından başqa bir şey var." 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama