10 gün koma vəziyyətində olan pasiyentin riskli neyro-cerrəhi əməliyyatı uğurla nəticələnib
12.01.2023 12:04
25 dekabr 2022-ci ild tarixində piyadanın vurulması nəticəsində ağır yaralanmış 1984-cü il təvəllüdlü Polad Əliyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gətirilərkən çoxsaylı və ölümcül yaralar aldığı müəyyən olunub. Ona qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol təpə sümüyünün sınığı, eyni nahiyədə böyük həcmli hematoma və s. diaqnozlar qoyulub.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, 15 gündən çox reanimasiyada qalan, 10 gün koma vəziyyətində olan pasiyent son dərəcə riskli bir neyro-cerrəhi əməliyyatı geridə qoyub.
 
Rezident-neyrocərrah Elşən Əhmədlinin dediyinə görə, həkim-neyrocərrah Fərid Qaralovun rəhbərliyi ilə çox riskli bir neyro-cərrahi əməliyyata qərar verilib və 4 saat davam edən əməliyyat uğurla nəticələnib.
 
Onun sözlərinə görə, pasiyent Əliyev Polad Niyazi oğlu xəstəxanaya daxil olarkən koma vəziyyətində olub. Xəstə ilkin olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstədə sol tərəfli dekompressiv trepanasiya, kəskin subdural hematomanın boşaldılması, serebral qişanın bərpası əməliyyatı icra olundu. Beyin ödəmli olduğu üçün sümüyü yerinə qoymaq mümkün olmadı. Yara bağlandıqdan sonra xəstəyə yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılıb. Hazırda xəstənin vəziyyəti stabildir. Huşu özündədi, tənəffüsü sərbəstdir. Xəstə əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olarkən həkim-reanimatoloqların səyləri nəticəsində xəstədə kəskin yaxşılaşma hiss olunub. Artıq palatada müalicəsi davam etdirilir.
 
Pasiyentin anası Təhminə Əliyeva bildirib ki, oğlunun yaşamasına ümid çox az olub:
 
“Oğlum günorta saatlarında yolu keçən zaman onu maşın vurub. Təcili olaraq oğlumu Kliniki Tibbi Mərkəzə gətiriblər. Bura gələndə vəziyyəti çox ağır, həm də huşsuz vəziyyətdə olub. Deyilənlərə görə, çox təhlükəli bir əməliyyatdan sağ çıxıb, həkimlərin yaratdığı möcüzə nəticəsində oğlum sağ qalıb. Onun üzərində əməyi olan bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Onların sayəsində Polad yaşıyır”.
 
Qeyd edək ki, Poladı daha bir əməliyyat gözləyir. Yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılır ki, bu da həyatı üçün təhlükəli hesab olunmur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama