Mərkəzi Gömrük Hospitalının damar cərrahı endarterektomiya əməliyyatı barədə məlumat verib
12.01.2023 10:37

Mərkəzi Gömrük Hospitalının damar-cərrahı, t.ü.f.d. Səbuhi Dadaşov “Həkim məsləhəti” rubrikasında “Beyinə qan çatmadıqda hansı əməliyyat aparılır” sualını cavablandırıb.

 

Həkim bildirib ki, beyinə qan çatmadıqda Mərkəzi Gömrük Hospitalında karotid endarterektomiya əməliyyatını icra edirik. Əməliyyat daxili yuxu arteriyasının normal funksionallığını bərpa etmək məqsədi daşıyır. Yuxu arteriyasında yağ, kalsium, xolesterin şəklində aterosklerotik təbəqələr əmələ gəlir. Onlar qan damarlarının mənfəzini daraltmaqla beyində qan dövranını pozur, bu da insultla nəticələnir.

 

Onun sözlərinə görə, karotid endarterektomiya əməliyyatı zamanı boyun nahiyəsində kiçik kəsiklə yuxu arteriyalarına giriş həyata keçirilir, sonra beyin qan dövranının kompensasiya dərəcəsi yoxlanılır, damar kəsilərək darlıq yaradan aterosklerotik plak (yığıntı) təmizlənir və damarın mənfəzi açılaraq beynin qan təchizatı normallaşır.

 

Qeyd edək ki, Səbuhi Dadaşov Mərkəzi Gömrük Hospitalında arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini həyata keçirir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya daxildir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır