Sumqayıtda Qida Təhlükəsizliyi İnstitutunda olan vakant yerlərlə əlaqədar görüş keçiriləcək
11.01.2023 15:19

Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən Aztibb.az-a verilən məlumata görə, işə qəbulla əlaqədar yanvarın 12-də saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur.

 

Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından olan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşdə iştirak edə bilərlər. Həmçinin Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis, nümunə qəbulu üzrə mütəxəssis və kimyaçı vəzifələrində çalışmaq istəyənlər də görüşdə iştirak etmək imkanına malikdirlər.

 

Görüşdə iştirak edən namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirməsi xahiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub