Varikozun müalicəsi nə üçün mütləqdir?
11.01.2023 15:35

Varikoz xəstəliyi getdikcə "cavanlaşır”. İndi varikoz xəstələrinin demək olar ki, yarısı 30-35 yaşlı insanlardır. Yaşından, növündən və şikayətlərindən asılı olmayaraq varikozun müalicəsi mütləqdir.

  

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

  

Onun sözlərinə görə, kapilyarların müalicəsi daha çox estetik xarakter daşıyır və insanların istəyinə bağlı olur. Damarların genişlənməsi isə əksinə, müalicə olunmadıqda bir sıra fəsadlara yol aça bilir.

 

C.Gülmalıyev bildirib ki, damar çatışmazlığının ağırlaşmış mərhələlərində ayaqlarda venoz yaralar yarana bilər. İnfeksiyalı yaraların müalicəsi gecikərsə, və yaxud müalicə edilməzsə, xəstələrdə proses irəliləyər. Nəticədə ayaq müxtəlif hissəsindən kəsilə bilər.

 

"Həmçinin zədələnmiş damar, trofik yaralar, ağciyər arteriyasının tromboembolizmi və s. fəsadları vardır. Bu fəsadların müalicə edilməsi son dərəcə çətindir. Bu baxımdan, aşağı ətraf varikoz genişlənmiş damarlarının müalicəsi təxirə salınmamalıdır.

Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır. Varikozun müalicəsini gecikdirməyin!", -deyə uzman həkim əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama