İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub
02.10.2020 14:29

Sentyabrın 24-də İsrail hökuməti ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.

 

AZƏRTAC “Haaretz” qəzetinə istinadla xəbər verir ki, Nazirlər Kabineti səkkiz saatlıq müzakirələrdən sonra koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar hazırlayıb. Yeni məhdudiyyət tədbirlərinin sentyabrın 25-dən etibarən qüvvəyə minəcəyi və mümkün zəiflətmələrlə azı iki həftə qüvvədə qalacağı bildirilir.

 

“The Jerusalem Post” qəzeti isə öz növbəsində karantin tədbirlərinin mart ayında olduğundan daha sərt xarakter daşıyacağı barədə məlumat yayıb. Belə ki, hökumətin qərarına əsasən, sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanmalı, ictimai nəqliyyatda marşrutların sayı azaldılmalıdır. Həmçinin iki metrlik sosial məsafəni qorumaq və insanların evlərindən yalnız bir kilometrə qədər uzaqlaşması şərti ilə etiraz aksiyalarında və küçə ibadətlərində ən çoxu 20 nəfərin iştirakına icazə veriləcək.

 

Pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 206 min 332 nəfərə, ölənlərin sayı isə 1335 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır