Hamiləlikdə orqanizmdə baş verən kəskin hormonal dəyişiklik qadının emosional durumuna təsir edir - Ginekoloq
10.01.2023 18:48
Qadınların əksəriyyəti o cümlədən yetkin yaşlı qadınlar doğuş və doğuşdan sonrakı dövrü narahat keçirir. Bu səbəbdən onlara qarşı daha diqqətli olmaq məsləhətdir.
 
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin mama-ginekoloqu Esmira Hüseynova hamilə xanımlara qarşı daha diqqətli olmağı tövsiyə edir.
 
"Sözsüz ki, hamiləlik dövründə qadın orqanizmində baş verən kəskin hormonal dəyişiklik onun emosional durumuna da təsir edir. Mayalanma prosesi baş tutduqdan sonrakı ilk həftələrdə progesteron hormonu aktivləşir. İlk aylarda onun miqdarı bir neçə dəfə artır – dölün normal formalaşması və inkişafı üçün bu vacibdir. Amma bu gözlənilməz dəyişikliklə üzləşən qadın orqanizmi "əsl şok" keçirir", -  deyə həkim bildirib. 
 
E.Hüseynovanın sözlərinə görə, bu səbəbdən, hamiləliyin birinci üçaylığı (trimestri) emosional cəhətdən ən narahat dövrdür. Qadınların özü də, daha çox yaxın qohumları onların əsəbi olduğunu, ağlağanlığını, tez yorulmasını, iştahanın dəyişməsini, ürək bulanmanı və gün ərzində yuxulu olduğunu qeyd edir. Ona görə də qadınlara məxsus həmin vacib və özəl aylarda onlara dəstək olmaq lazımdır. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama