Yeni təlimat: Piylənməsi olan uşaqlara erkən yaşda dərman və cərrahiyyə təklif olunacaq
15.01.2023 09:15

Amerika Pediatriya Akademiyasının yeni piylənmə bələdçisində 12 yaşından etibarən piylənmə riski olan uşaqların erkən qiymətləndirilməsi və dərman istifadəsi, 13 yaşından isə cərrahiyyə kimi aqressiv müalicə üsullarının tətbiqi tövsiyə olunur.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, uşaq və yeniyetmələrin özbaşına piylənmədən xilas ola biləcəkləri düşüncəsi ilə dərman müalicəsinin gecikdirilməsi ABŞ-da 14 milyon 400 min gənci narahat edən problemin daha da ağırlaşmasına səbəb olur.

 

Müalicə olunmayan piylənmə yüksək qan təzyiqi, diabet və depressiya kimi ömürlük sağlamlıq problemlərinə səbəb ola bilər.

 

İlk dəfə olaraq, Amerika Pediatriya Akademiyasının təlimatları uşaqlar və yeniyetmələrə dərman və cərrahiyyə kimi həllər təklif etmək üçün uyğun yaşları müəyyən edib. Ümumrespublika Uşaq Xəstəxanası Sağlam Çəki Mərkəzinin rəhbəri Eneli bildirib ki, bələdçiyə intensiv pəhriz, idman və digər davranış və həyat tərzi müdaxilələri də daxildir.

 

Təlimatlara əsasən, həkimlər piylənmə ilə üzləşən 12 yaş və daha yuxarı yeniyetmələr üçün müvafiq dərman preparatlarına çıxışı təmin etməli və ağır piylənmə ilə üzləşən 13 və daha yuxarı yaşda olanları arıqlama əməliyyatları üçün yönləndirməlidirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama