Sağ tərəfində ağrı şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına daxil olan pasiyent uğurla əməliyyat olunub 
10.01.2023 10:29
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi sağ tərəfində ağrı şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına daxil olan pasiyentin əməliyyatı barədə məlumat verib.
 
Aztibb.az xəbər verir ki, təcili qaydada daxil olan pasiyent müvafiq müayinələrədən keçdikdən sonra öd kisəsində daşların mövcudluğu ilə yanaşı, daşlardan birinin yetəri qədər böyük olduğu, bu daşın öd kisəsi boynuna pərçimlənərək öd kisəsinin şişməsi və iltihablaşmasına səbəb olması, o cümlədən daşlardan birinin isə ana öd kanalına düşməsi müəyyən olunmuşdur.
 
Pasiyentə eyni etapda endoskopik yolla öd yolundakı daşın çıxarılması, laparoskopik üsulla öd kisəsi daşı və öd kisəsinin çıxarılması əməliyyatı təklif olunub. Eyni seansda hər iki prosedur Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumu cərrah Namiq Novruzov və Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi ilə birgə uğurla icra olunub. Əməliyyatdan sonra pasiyent tam sağlam evə yazılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama