Mövsümi infeksion xəstəliklərlə necə mübarizə aparmaq olar? – İnfeksionist AÇIQLADI
09.01.2023 16:00
Hazırda havaların soyuq keçməsi virus infeksiyalarının artmasına və yayılmasına səbəb olur. Özünəməxsus xüsusiyyətləri olan hər bir infeksiya isə orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Bu isə, risk qrupuna daxil olan - hamilələr və əlavə xəstəlikləri olan şəxslər üçün olduqca təhlükəlidir.
Aztibb.az xəbər verir ki, "Yeni klinika" tibb müəssisəsinin həkim-infeksionisti İbrahim Rufullayev payız-qış mövsümü ilə əlaqədər olaraq artan, xüsusən məktəb və bağçalarda uşaqlar arasında yayılan infeksion xəstəliklər haqqında məlumat verib.
İbrahim Rufullayev günümüzdə yuxarı tənəffüs yolları infeksiyalarının həm böyüklər, həm də kiçiklər arasında geniş yayıldığını qeyd edərək, müraciət edənlər arasında COVID-19 və adenovirus xəstələrinin olduğunu qeyd edib.
O, xəstəxanaya daha çox uzunmüddətli, narahatedici öskürək, boğazda qızartı, temperatur, bədəndə ağrı, üşütmə, halsızlıq kimi şikayətlər ilə müraciət edənlərin tənəffüs yolları infeksiyalarından əziyyət çəkdiyini bildirib. Antibiotik qəbul edib, ağırlaşdıqdan sonra həkimə müraciət edən xəstələrin çox olduğunu deyən İbrahim Rufullayev həkim məsləhəti olmadan antibiotik istifadəsinin düzgün olmadığını xüsusi vurğulayıb:
"Antibiotiklər əsasən doğru zamanda, müəyyən olunan dozada istifadə olunur. Əks halda antibiotikin səbəb olduğu fəsadlarla qarşılaşmaq mümkündür."
Heç bir antibiotikin virusu öldürmədiyini qeyd edən həkim-infeksionist virusla mübarizə aparmaq üçün bol maye qəbul etməyin, soyuqdan qorunmağın və sağlam qidalanmanın vacibliyini vurğulayıb. O, antibiotikin özbaşına istifadəsinin zərərli olduğunu bildirərək, dünyada, eləcə də ölkəmizdə infeksionistlərin bununla mübarizə apardığını söyləyib.
Sonda İbrahim Rufullayev əl gigiyenasının infeksion xəstəliklərin qarşısını almaq üçün ən təsiredici metod olduğunu deyib və əl yuma qaydalarını düzgün yerinə yetirməyi məsləhət görüb.
Bu bölməyə aid digər xəbərlər
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
16.10.2026 | 11:16
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

