Türkiyəli alimlər 4 xərçəng növü ilə mübarizə aparacaq 2 fərqli birləşmə müəyyən edərək patentləşdiriblər
10.01.2023 10:18

Trabzon Qaradəniz Texniki Universitetinin (KTU) alimləri “ftalosiyanin” törəməsi molekullarını sintez edərək, 4 xərçəng növündə bədxassəli hüceyrələri məhv edən iki yeni birləşmə aşkar ediblər. Sağlam hüceyrələrə zərər vermədiyi təsbit edilən bu birləşmələrin xərçəng dərmanlarında istifadəsi hədəflənir.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Bildirilir ki, xərçəng üçün alternativ dərmanlar üzərində araşdırma aparan KTU alimləri, tərkibində silikon metal olan və xərçəng əleyhinə xüsusiyyətlərə malik olan "ftalosiyanin" törəməsi molekullarını sintez ediblər.

 

Universitetin Kimya fakültəsinin professoru Zekeriya Bıyıklıoğlu və doktorantı Hüseyn Baş, dosentlər Burak Barut və Arzu Özəl, eləcə də Rəcəb Tayyib Ərdoğan Universitetinin elmi işçisi Turqut Keleşin apardığı tədqiqatlar zamanı ağciyər, qaraciyər, dəri və döş xərçəngində bədxassəli hüceyrələri məhv edən 2 fərqli yeni birləşmə müəyyən edilib. Laboratoriya testlərində birləşmələrin ağciyər, qaraciyər, dəri və döş xərçəngində xərçəng hüceyrələrinin yayılmasını dayandırdığı, sağlam hüceyrələrə isə zərər vermədiyi aşkarlanıb.


Prof. Zekeriya Byıklıoğlu yeni birləşmənin xərçəng hüceyrələrini öldürmə sürətinin mövcud dərmanlardan daha təsirli olduğunu bildirib. O, Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət etdiklərini və milli patent aldıqlarını qeyd edib: "İndi isə Avropada hər iki birləşməmizi qorumaq məqsədilə beynəlxalq patent üçün müraciət etmişik. Birləşmələrimizin ən əhəmiyyətli xüsusiyyətləri suda həll olmalarıdır. Tapdığımız molekullar dərmana çevrilə bilsə, suda həll olunaraq birbaşa bədənə vurula bilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır