Böyük Britaniyanın Səhiyyə Nazirliyi və BioNTech arasında mühüm razılaşma
09.01.2023 14:06

Böyük Britaniyanın Səhiyyə və Sosial Xidmətlər Departamenti mRNA əsaslı xərçəng peyvəndi üçün BioNTech ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, birgə əməkdaşlıq çərçivəsində 2030-cu ilə qədər İngiltərədə 10 min xərçəng xəstəsi mRNA əsaslı fərdiləşdirilmiş xərçəng peyvəndi ilə müalicə olunacaq.

 

"Əməkdaşlıq 2030-cu ilə qədər yeni tədqiqat və inkişaf mərkəzi vasitəsilə Britaniya xəstələrinə 10.000 fərdi müalicə kursu təqdim etməyi hədəfləyir. Yeni tərəfdaşlıq xərçəng və yoluxucu xəstəliklərə qarşı peyvəndlər üçün fərdi immunoterapiya klinik sınaqlarını sürətləndirməyə kömək edəcək", - Böyük Britaniya Səhiyyə və Sosial Xidmətlər Departamentinin verdiyi açıqlamada deyilir.

 

Böyük Britaniyanın Səhiyyə və Sosial Xidmətlər naziri Stiv Barklay ilə BioNTech arasında bu gün imzalanacaq "tarixi" anlaşma memorandumunun təfərrüatlarına görə, xərçəng xəstələri klinikaya erkən çıxış əldə edəcəklər. Xərçəng peyvəndləri kimi fərdiləşdirilmiş mRNT müalicələrini araşdıran sınaqlar və hər bir peyvənd xəstəyə xas olacaq. Nazirlik vurğulayıb ki, ilk klinik sınaqlar ən tez bu ilin avqustunda başlayacaq.

 

Müqaviləyə əsasən BioNTech Böyük Britaniyada tədqiqat və inkişaf mərkəzləri açacaq. BioNTech-in qurucusu və baş direktoru, prof. Uğur Şahin məqsədlərinin 20 ildən artıqdır tədqiq etdikləri texnologiyalardan istifadə edərək immun terapiya və peyvəndlərin inkişafını sürətləndirmək olduğunu bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır