“Yaralı əsgərlərimiz tez sağalıb döyüşə qayıtmağa can atırlar” - Millət vəkili
02.10.2020 11:18

“Torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə yaralanan hərbçilərimiz tez sağalmaq və döyüş xəttinə yollanmaq üçün can atırlar”.

 

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki paylaşımında bildirib.

 

O, qeyd edib ki, yaralanan hərbçilərimizi ziyarət etmək üçün dünən axşam Hərbi Hospitalda olub: “Hospitalın rəisi bildirdi ki, döyüşlərdə yaralanan hərbçilərimiz müalicədən sonra yenidən cəbhə xəttinə qayıdırlar. Onların arasında yenidən döyüş xəttinə qayıtmaq və əsgər dostlarının yanında olmaq üçün yüksək əhval-ruhiyyə var. Çox qürurverici haldır, əsgərlərimiz tez sağalmaq və yenidən döyüş xəttinə qayıtmağa can atırlar. Bu, Azərbaycan ordusundakı yüksək əhval-ruhiyyə və vətənpərvərlik səviyyəsini əyani şəkildə təsdiq edən faktdır. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir!”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır