Allergik rinit müalicə olunmazsa allergik bronxit və astmaya səbəb ola bilər
08.01.2023 12:11
Allergen (məsələn, tozcuq) orqanizmə daxil olduqda, allergik immun reaksiya yaranır. İltihabi maddələr (histamin, leykotrien, interleykin, triptaza, prostaqlandin, xemokinlər) sərbəst buraxılır, bu da allergik reaksiyaya səbəb olur və zökəm, asqırma tutmaları, burun tutulması, qulaqlarda tutqunluq, gözlərin yaşarması, burun, ağız, boğaz, qulaq və gözlərdə qaşınma, burun qanamaları, baş ağrısı, süstlük, gözaltı kölgələr və s. bu kimi simptomlar meydana gəlir.
 
Aztibb.az 2 nömrəli Bakı Baza Tibb Kollecinə istinadla xəbər verir ki, allergen rolunu bitki tozcuqları, ev tozu gənəsi, əskinas tozu, heyvanların, quşların tükləri və ya ifrazatları (məsələn: it, pişik, tutuquşu), balıq yemi, kimyəvi maddələr, yuyucu vasitələr, boyalar, keyfiyyətsiz ətirlər və s. oynayır.
 
Bəzən qida allergenləri də allergik rinitə səbəb ola bilər. Allergen uzaqlaşdırılmasa və ya müalicə olunmazsa, proses irəliləyərək burun polipozu, polipoz sinusit, allergik bronxit və astmaya səbəb ola bilər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama