Mədə xərçənginin əlamətləri
07.01.2023 20:29

Əgər gənc yaşlarından xəstənin mədəsində yara, xora, qastrit, polip varsa, o, düzgün müalicə almalı, 1 ildən bir yoxlanılmalı və düzgün qidalanmalıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə qastroenteroloq-endoskopist Rəfael Həsənov məlumat verib.


Həkimin sözlərinə görə, 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, sanki nəsə qalmış hissi və iştahsızlıq ola bilər.

 

Qastroenteroloq qeyd edib ki, şiş böyudükcə mədə divarı rigidləşir, yəni elastikliyini itirir, bərkiyir və qida qəbul etdikdə dartılmır, uzanmır. Əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qalmış, əlinizin altında bərk, dolu hiss etsəniz bu, artıq şişin içəridən böyüdüyünü göstərir.

R.Həsənov mədə xərçənginin əlamətlərini də sadalayıb:

Qan azlığı;
Çəkinin səbəbsiz itirilməsi;
Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi;
Tez doymaq və mədənin dolması hissi;

Mədə yuxarısında şiş - udmada, udqunmada çətinlik, sanki qida güclə keçir;

Epiqastral nahiyədə ağrı, bəzən ağrı kürəyə vurur;
Fontan qusma;
Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarışıq mədə şirəsinin gəlməsi və s.


"Aşağı hissədə olan şiş yeməyin bağırsağa ötürülməsinin qarşısını aldıqda, xəstədə ürəkbulanma və yediyinin bir hissəsini qaytarma baş verir. Əgər bu proses sizdə ayda 4-5 dəfə olursa, təcili həkimə müraciət etməlisiniz", - deyə R.Həsənov bildirib.


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib