Dünyada İLK - Qalxanabənzər vəzdən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib
07.01.2023 09:57

Dünyada ilk dəfə olaraq qalxanabənzər vəzdən alınan kök hüceyrələr başqa bir orqanın, paratiroid vəzinin hüceyrələrinə çevrilib. Beləliklə, orqan çatışmazlığının müalicəsində yeni bir səhifə açılıb.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Yeditepe Universitetinin Koşuyolu Xəstəxanasının cərrah-endokrinoloqu, prof. Erhan Ayşanın rəhbərliyi ilə multidissiplinar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada sağlam qalxanabənzər vəzdən əldə edilən kök hüceyrələr müxtəlif laboratoriya proseslərindən keçərək tamamilə fərqli bir orqan olan paratiroid vəzi hüceyrələrinə çevrilib.

Bu mühüm araşdırma beynəlxalq miqyasda nüfuzlu elmi jurnalda nəşr olunub və tibbi ədəbiyyata daxil olub.

 

Paratiroidin bədənimizdəki kalsium balansını saxlayan yeganə orqan olduğunu deyən prof. Erhan Ayşan qalxanabənzər vəzi orqanını paratiroid orqanına çevirdiklərini bildirib. Qeyd edib ki, bu, həm donor tapmaq probleminin həlli, həm də transplantasiya müvəffəqiyyət nisbətinin artırılması baxımından önəmli bir araşdırmadır:

"Eyni şəxsin qalxanabənzər vəzindən alınan kök hüceyrələrlə ediləcək nəqllərdə transplantasiya üçün donor tapmağa ehtiyac qalmayacaq və həmin şəxsin öz toxuması istifadə edildiyi üçün transplantasiyaların müvəffəqiyyət nisbəti artacaq, toxuma uyğunluğu problemi olmayacaq".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama