Mərkəzi Gömrük Hospitalında ekspress test vasitəsilə COVID-19, İnfluenza A və B virusları yüksək dəqiqliklə təyin edilir
06.01.2023 15:49

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında COVID-19, İnfluenza A və B virusları ekspress test vasitəsilə cəmi 20 dəqiqə ərzində yüksək dəqiqliklə təyin edilir.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, mövsümi respirator virus infeksiyalarının geniş yayıldığı zamanda düzgün diaqnozun vaxtında qoyulması və vaxt itirmədən müalicəyə başlamaq vacibdir. Bu test vasitəsilə 3 virusu eyni anda diferensiasiya etmək mümkündür. Test böyüklərdə xəstəliyin ilk 14 günü, uşaqlarda 3-7 günündə verilməlidir.

 

Qeyd edək ki, ekspress test burun və boğazdan alınan yaxma vasitəsilə aparılır. Baş ağrısı, halsızlıq, burun axması, hərarət, boğaz ağrısı, öskürək, ishal kimi simptomları olanlar bu testi verə bilərlər. Ekpress testin qiyməti 37 AZN təşkil edir.

 

Ətraflı məlumat üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar:

(012) 404 08 08 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama