TƏBİB-də yeni departament yaradılıb  
05.01.2023 16:17

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, ictimai nüfuzun yüksəldilməsi məqsədilə yeni departament yaradılıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

Yeni yaradılan İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində İctimaiyyətlə əlaqələr və Marketinq şöbələri fəaliyyət göstərəcək. Departamentin fəaliyyəti TƏBİB-in kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işini təşkil etmək, qurumun marketinq strategiyasını müəyyən etmək, tədbirlərin təşkilini həyata keçirmək, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr, marketinq və tədbirlərin təşkili sahəsini koordinasiya etməkdən ibarətdir.

 

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına uyğun olaraq TƏBİB-in strukturu təkmilləşdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır