"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Pediatr Nərmin Əmirova
05.01.2023 20:26
“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərə böyük qayğı ilə yanaşan Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyindəki 4 nömrəli ASM-in həkim-pediatrı Nərmin Əmirovanı təqdim edirik.
 
Nərmin Əmirova 1990-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2014-cü ildə Azərbaycan Tibb Universitetində klinist-immunoloq vəzifəsində rezidentura keçib.
 
O, 2011-ci ildə Atatürk Universitetinin Araştırma Xəstəxanasında, 2012-ci ildə isə Erciyes Universitetinin Uşaq xəstəlikləri xəstəxanasında ixtisasartırma kursunda iştirak edib.
 
Nərmin Əmirova 2017-ci ildə Respublika Taun Əleyhinə Stansiyada həkim-immunoloq, laboratoriya rəhbəri işləyib. 2019-cu ildən Sumqayıt şəhər 3 nömrəli Uşaq poliklinikasında (hazırda 4 nömrəli ASM) həkim-pediatr vəzifəsində çalışır.
 
Gənc həkim Amerika Ürək Assosiasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır