Qan bankı könüllü qan vermək üçün müraciət edənlərə təşəkkür etdi
01.10.2020 16:38

Milli Hematologiya və Transfuziologiya Mərkəzi məlumat yayıb.

 

Aztibb.az xəbər verir ki, məlumatda hər zaman birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqının son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirdiyi qeyd olunur:

 

"Xalqımızın vətənpərvər oğul və qızları həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlir. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik!

 

Vətəndaşlarımıza müraciət edərək bildirmək istəyirik ki, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələri hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatlarımız kifayət qədərdir. Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik.

 

Biz öz doğma torpaqlarımızda, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün vuruşuruq. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir! Azərbaycan əsgəri düşməni torpaqlarımızdan çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Bizim davamız ədalətli davadır və  biz əminik ki, bu zəfər yürüşündə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun yüksək döyüş əzmi ilə istədiyinə nail olacaq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!

 

Bir daha xaqlımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik. Uca Allah ölkəmizi, xalqımızı və ordumuzu qorusun!

 

Biz birlikdə güclüyük!"

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır