Bayram günlərində doğru qidalanmaq vacibdir
02.01.2023 14:51

Bayramda süfrəyə müxtəlif cür təamlar düzülsə də, bu o demək deyil ki, bütün qida və şirniyyatlar qəbul edilməlidir. Bu dönəmlərdə, xüsusilə şəkərli diabet xəstələrinin qidalanmalarına fikir vermələri, şəkərli qidalardan uzaq durmaları tövsiyə olunur.

 

Bu barədə Mingəçevir ŞMX-nın 1 saylı ASM-in həkim-terapevti Məlahət Mustafayeva öz məsləhətlərini verib:

Həkim bildirib ki, vətəndaşlara hər bir qidanı öz qədərində qəbul etmələri məsləhət görülür. Bununla yanaşı, yüksək təzyiqdən əziyyət çəkənlər çox yağlı, ağır yeməklərdən uzaq durmalıdırlar.

 

"Gecə saatlarına qədər qida qəbul etmək düzgün deyil. Bayram günlərini nəzərə alaraq, axşam saat 7-8-dən sonra qida qəbul etməmək tövsiyə olunur. Yaxşı olar ki, qida qəbulu zamanı müxtəlif yeməkləri eyni vaxtda qəbul edilməsin. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə arasında fasilə olmalıdır. Həmçinin qida allergiyası olan insanlar un məhsullarından mümkün qədər uzaq durmalıdırlar”, - deyə M.Mustafayeva qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama