Pandemiyadan sonra ilk dəfə uşaq bağçaları fəaliyyətə başladı
01.10.2020 14:39

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabr tarixindən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib və müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq bu gün səhərdən artıq uşaq bağçaları fəaliyyətə başlayıb.

 

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib, həmçinin videokonfrans formatında müşavirələr keçirilərək bağça müdirlərinə lazımı təlimatlar verilib.

 

Bağçaların açılışına hazırlıq prossesində İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb.

 

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Səhər tezdən etibarən bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür və tərbiyəçilərin valideynlərlə mütəmadi olaraq əlaqə saxlaması tövsiyə edilib. Həftəsonu hər bir bağçada tam dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

 

Bu gündən etibarən paytaxtın bütün uşoperatiaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır