ATU-nun tələbələri təcrübə proqramları ilə bağlı məlumatlandırılıb
31.12.2022 12:10

AIESEC beynəlxalq təşkilatının ölkəmizdəki nümayəndəliyinin əməkdaşları Azərbaycan Tibb Universitetinin (ATU) bir qrup tələbəsi ilə Global Volunteer, Global Teacher və Global Talent təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirib.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə ATU-nun II Müalicə-profilaktika fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Zivər Hüseynova açıb, sonra tələbələri tədbirin məqsədi ilə tanış etmək üçün bu beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülara Məmmədova çıxış edib.

 

G.Məmmədova təşkilatın yaranma tarixi, inkişaf yolu və xaricdəki könüllü və maaşlı təcrübə proqramlarında iştirak etmək üçün qeydiyyat prosedurları, eləcə də ölkəmizdə gördüyü işlər haqqında ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, hazırda 130-a yaxın ölkədə fəaliyyət göstərən və dünyanın ən böyük beynəlxalq gənclər təşkilatı olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq və onların inkişafına səmərəli töhfə verməkdir. Yarandığı gündən bir milyondan artıq gəncin şəxsi inkişafına səbəb olan təşkilatın müxtəlif proqramları vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı yaradılıb. G.Məmmədova bildirib ki, AIESEC təşkilatı Azərbaycanda 2006-cı ildən bəri fəaliyyət göstərir və hazırda ölkəmizdə 200-dən artıq fəal üzvü var.

 

Tədbirdə çıxış edən AIESEC Azərbaycan təşkilatının marketinq menecerləri Aysel Əzizova, Nərmin Ağayeva və Aysel Abudova vurğulayıblar ki, əgər tələbələr gənclik illərinin ən gözəl dövrü olan tələbəliyi daha da maraqlı, səmərəli, faydalı və beynəlxalq bir mühitdə inkişaf etdirərək keçirmək istəyirlərsə, bu təşkilatın tələblərini gözdən keçirib ona üzv ola bilərlər.

 

Diskussiya formasında keçirilən tədbirdə təşkilat nümayəndələri ilə tələbələr arasında maraqlı müzakirələr aparılıb. Sonda AIESEC Azərbaycan təşkilatının rəhbəri G.Məmmədova tələbələri maraqlandıran sualları cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır