Biotin saç tökülməsinə təsir edirmi? - Fərhad Burzu AÇIQLADI
31.12.2022 11:17

Biotin-B qrup vitamindir. B7 və ya H vitamini kimi də bilinir. Biotin orqanizmdə baş verən biokimyəvi reaksiyalarda iştirak edir.

 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.
 
Həkimin sözlərinə görə, karbohidrat, zülal və yağ mübadiləsində, orqanizmin özünübərpa proseslərində iştirak edir. Karbohidrat mübadiləsində iştirakına bağlı olaraq qanda şəkərin miqadarını tənzimlədiyinə görə Tip-1 və Tip-2 diabetli xəstələrdə şəkər səviyyəsinin normal saxlanılmasına səbəb olur. Biotin zülal mübadiləsində, protein sintezində roluna əsasən orqanizmin bərpasında iştirak edir. 

 

Fərhad Burzu bildirib ki, yağ mübadiləsində əhəmiyyətə malik olub, qanda yaxşı xolesterin (HDL) səviyyəsinin artmasına, pis xolesterin (LDL, Triqliserid) fraksiyalarının azalmasına səbəb olur. Həmçinin biotin sinir sistemi xəstəlikləri zamanı zədələnmiş sinir liflərinin bərpasında, qəbul etdiyimiz qidaların enerjiyə çevrilməsində, qaraciyər funksiyalarının yaxşılaşdırılmasında, rol oynayır.

 

"Bütün sadalananlarla yanaşı, Biotin keratin sintezində önəmli rol oynayır. Buna görə də Biotinin əsas saçların, dırnaqların və dərinin ketfiyyətinə təsir edir. Saçların tökülməsinin qarşısını almaqla bərabər saçların əmələ gəlməsini stimullaşdırır, saçlara canlılıq verir. Dırnaqların qırılqanlığını aradan qaldırır, möhkəmləndirir. Dərinin quruluğunu aradan qaldıraraq turqorunu artırır daha canlı dəri örtüyünün yaranmasına səbəb olur", - deyə endokrinoloq əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama