Diabetik koma nədir?
31.12.2022 09:49

Diabetik koma qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halıdır. Həyat üçün təhlükəli olan bu hal təcili stasionar müalicə tələb edir.

 

Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin uzman terapevti Çinarə Səfərova məlumat verib.

 

Həkim bildirib ki, 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir.

 

Çinarə Səfərova diabetik komanın əlamətlərini də açıqlayıb. Onun sözlərinə görə, xəstədə tənəffüsün aseton qoxulu (çürük alma ya dırnaq boyağı qoxusu) olması, polidipsiya hədsiz susuzluq hissi, hədsiz su qəbulu, hədsiz sidik ifrazı, yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, qarın nahiyyəsində ağrılar, təzyiqin düşməsi, süstlük kimi əlamətlər diabetik komanın inkişafından xəbər verir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama