Qazi və həkimlərimizə təşəkkürnamə təqdim olunub
31.12.2022 08:21

Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə toplantı keçirib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə kafedranın müdiri, professor Nuru Bayramov çıxış edərək iştirakçıları təbrik edib, onlara cansağlığı, sülh və əmin-amanlıq içində həyat arzulayıb. 

 

Daha sonra Vətən müharibəsi iştirakçılarının müalicəsində daha aktiv iştirak edən, yaralılara xüsusi qulluq göstərən kafedra əməkdaşlarına təşəkkürnamə təqdim olunub. 

 

Qeyd edək ki, ATU-nun I cərrahi xəstəliklər kafedrasının həkimləri indiyədək yüzlərlə qazinin müalicəsini uğurla aparıblar. Onlardan ikisi – Fərid Abdullayev və Elvin Quliyev də bayram tədbirində iştirak ediblər. İkinci Qarabağ müharibəsində göstərdikləri şücaətə, Vətənə şərəfli xidmətə görə qazilərimizə kafedra adından təşəkkürnamə təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır