PAŞA Holding 18 yaşadək şəhid övladları üçün tibbi sığorta proqramına başlayır
30.12.2022 15:24

PAŞA Holding 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladlarına sosial dəstək çərçivəsində tibbi sığorta proqramına başlayır. PAŞA Sığorta tərəfindən təmin olunan sığorta proqramı 1 yanvar 2023-cü il tarixindən tətbiq ediləcək.

 

Aztibb.az-ın məlumatına görə, genişləndirilmiş sığorta paketi stomotoloji və xroniki xəstəliklərin müayinəsi və müalicəsini də əhatə edəcək. Sığorta paketindən faydalanmaq üçün sığortalı uşaqlar və ya onların valideyni PAŞA Sığorta ilə əlaqə saxlayaraq övladlarını narahat edən məqamları qeyd edə və onlara ən yaxın tibb müəssisəsində həkim müayinəsinə yazıla biləcəklər.

 

Qeyd edək ki, PAŞA Holding 2022-ci il dekabrın 19-dan etibarən “Vətən əmanətlərin keşiyindədir” sosial dəstək proqramına başlayıb. Proqrama əsasən, 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün təhsil, səhiyyə və digər sahələr üzrə sosial layihələr həyata keçiriləcək, bayram günlərində sovqatlar çatdırılacaq.

 

İlk belə sovqatlar Yeni il bayramı ərəfəsində çatdırılmağa başlanılıb. Dekabrın 22-dən etibarən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır