Elviz Qasımov Respublika Klinik Xəstəxanasına direktor təyin olunub
28.12.2022 16:03

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin olunub. Tibb müəssisəsinin direktoru vəzifəsini ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, E.Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni direktoru bu gün kollektivə təqdim edib.

 

Məlumat üçün bildirək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini bitirib. Daha sonra Mərmərə Universiteti Xəstəxanasında Ortopediya və travmatologiya kafedrasında tibdə uzmanlıq təhsili alıb.

 

İxtisasca ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.

 

Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

 

Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır